Wi-Fi şəbəkəsinə qoşulmaqla Siz aşağıda göstərilən məxfilik siyasəti və istifadə şərtləri ilə razılaşmış olursunuz. Bu sənəd Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun hazırlanmışdır.
1. Hüquqi əsas
1.1. Bu məxfiçilik siyasəti Azərbaycan Respublikasının qüvvədə olan aşağıdakı normativ-hüquqi aktlarına uyğun tərtib edilmişdir:
1.1.1. Şəxsi məlumatlar haqqında Azərbaycan Respublikasının Qanunu, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. Məlumatların toplanması
2.1. Wi-Fi şəbəkəsinə qoşularkən aşağıdakı məlumatlar avtomatik olaraq toplanır:
2.1.1. IP ünvanı və şəbəkə identifikatorları
2.1.2. Cihaz məlumatları (MAC ünvanı, cihaz növü, əməliyyat sistemi)
2.1.3. Qoşulma vaxtı və istifadə müddəti
2.1.4. Trafik üzrə ümumi statistik məlumatlar
2.2. Bu məlumatların toplanması yuxarıda qeyd olunan qanunların tələblərinə uyğun həyata keçirilir.
3. Məlumatların işlənməsi məqsədi
3.1. Toplanan məlumatlar aşağıdakı məqsədlərlə işlənir:
3.1.1. Wi-Fi xidmətinin göstərilməsi və idarə olunması
3.1.2. Şəbəkə təhlükəsizliyinin təmin edilməsi
3.1.3. Qanunsuz fəaliyyətlərin aşkar edilməsi və qarşısının alınması
3.1.4. Qanunvericiliyin tələblərinə əməl olunması
4. Məlumatların Mühafizəsi
4.1. İstifadəçi məlumatlarının qorunması üçün texniki və təşkilati tədbirlər görülür
4.2. Məlumatların icazəsiz əldə olunmasının qarşısı alınır
4.3. Məlumatların təhlükəsizliyi “Şəxsi məlumatlar haqqında” Qanunun tələblərinə uyğun təmin edilir
5. Məlumatların üçüncü şəxslərə ötürülməsi
5.1. Toplanan məlumatlar aşağıdakı hallarda üçüncü tərəflərə təqdim edilə bilər:
5.1.1. İstifadəçinin razılığı olduqda
5.1.2. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən
5.1.3. Məhkəmə və ya səlahiyyətli dövlət orqanlarının tələbi ilə
6. İstifadəçinin hüquqları
6.1. İstifadəçi aşağıdakı hüquqlara malikdir:
6.1.1. Öz şəxsi məlumatları barədə məlumat almaq
6.1.2. Məlumatların dəqiqləşdirilməsini tələb etmək
6.1.3. Qanunla nəzərdə tutulmuş hallarda məlumatların silinməsini tələb etmək
6.1.4. Məlumatların işlənməsinə etiraz etmək
6.2. Bu hüquqlar “Şəxsi məlumatlar haqqında” Qanuna uyğun olaraq təmin edilir.
7. Təhlükəsizlik barədə xəbərdarlıq
7.1. Bu Wi-Fi şəbəkəsində təhlükəsizlik təmin edilir, lakin istifadə qaydalarına əməl olunmadıqda təhlükəsizlik riskləri yarana bilər. İstifadəçilərə aşağıdakılar tövsiyə olunur:
7.1.1. Məxfi və maliyyə məlumatlarını paylaşmamaq
7.1.2. Şifrələnmiş (HTTPS) resurslardan istifadə etmək
8. Şəbəkədən İstifadə qaydaları və məsuliyyət
8.1. İstifadəçi şəbəkədən yalnız qanuni məqsədlər üçün istifadə etməlidir
8.2. Qanunsuz fəaliyyətlərə görə məsuliyyət istifadəçinin üzərinə düşür
8.3. Xidmət təminatçısı şəbəkənin fasiləsiz işləməsinə zəmanət vermir
9. Məlumatların saxlanma müddəti
9.1. Məlumatlar yalnız “Telekommunikasiya haqqında” və “Şəxsi Məlumatlar haqqında” Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində saxlanılır və daha sonra silinir və ya anonimləşdirilir.
10. Şəbəkəyə qoşulmağa razılıq
10.1.“Qoşul/Connect” düyməsini seçməklə Siz bu Məxfilik Siyasəti ilə tanış olduğunuzu və onun şərtlərini qəbul etdiyinizi təsdiq edirsiniz.
11. Əlaqə məlumatları
Qurumun adı: NeoTelecom Services
E-poçt: info@neotelecom.az
Telefon: 012 311 09 99